ABŞ və Çin Ticarət Şurasının yaradılması barədə razılığa gəlib
Far.Az xəbər saytı

ABŞ və Çin Ticarət Şurasının yaradılması barədə razılığa gəlib


Çin ilə ABŞ ticarət və investisiya sahəsində məsələləri müzakirə etmək üçün Ticarət Şurası və İnvestisiya Şurası yaratmaq barədə razılığa gəlib.

"Far.Az" xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Ticarət Şurası çərçivəsində müəyyən mallar üzrə rüsumların azaldılması məsələləri müzakirə olunacaq. Müqayisə edilə bilən həcmli mallar üçün tariflərin qarşılıqlı azaldılması barədə razılıq əldə edilib", - qurum qeyd edir.

Bundan əlavə, tərəflər bəzi kateqoriyalı mallara rüsumların azaldılması vasitəsilə ikitərəfli ticarətin, o cümlədən kənd təsərrüfatı məhsulları ticarətinin genişləndirilməsinə kömək etməyə razılaşıblar.

Nazirlik həmçinin təsdiqləyib ki, Çinin Amerika təyyarələri alması, ABŞ-dən Çinə aviasiya mühərriklərinin və komplektləşdirici hissələrin tədarükünün təmin edilməsi barədə razılıq əldə edilib, habelə müvafiq sahələrdə əməkdaşlığın davam etdirilməsi razılaşdırılıb.

Qurum qeyd edir ki, hazırda əldə olunmuş razılaşmaların detallarının müzakirədi davam edir.

"İki ölkənin ticarət-iqtisadi komandaları Çin-Amerika iqtisadi əməkdaşlığına və dünya iqtisadiyyatına daha çox müəyyənlik və sabitlik gətirmək üçün bu razılaşmaları ən qısa zamanda möhkəmləndirmək və onların icrasını təmin etmək niyyətindədirlər", - bəyanatda bildirilir.

Xatırladaq ki, mayın 13-15-də ABŞ-nin lideri Donald Tramp Çinə səfər edərək Si Cinpinlə danışıqlar aparıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər