Azərbaycanda genişzolaqlı internetin orta sürəti 19 % artıb
Far.Az xəbər saytı

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 19 % artıb


Bu ilin aprel ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (91,57 Mbps) görə mart ayına nisbətən 1 pillə geriləyərək 154 ölkə arasında 82-ci olub.

"Report" "Speedtest Global Index"ə istinadən xəbər verir ki, ötən ay bir il əvvəlki göstərici (77,16 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 19 % artıb.

Azərbaycan bu göstərici ilə Rusiya (91,56 Mbps), Türkiyə (81,82 Mbps), İran (26,06 Mbps), Gürcüstan (45,36 Mbps), Ermənistan (86,50 Mbps), Belarusu (91,26 Mbps), Qazaxıstan (87,51 Mbps), Qırğızıstanı (88,36 Mbps) və Tacikistanı (48,76 Mbps) geridə qoyub.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (430,31 Mbps), axırıncı yeri isə Türkmənistan (2,19 Mbps) tutub.

Azərbaycan ötən ay mobil internetin sürətinə görə 2 pillə irəliləyərək 94,64 Mbps sürətlə 104 ölkə arasında 48-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (647,28 Mbps), sonuncu yeri isə Eritreya (4,75 Mbps) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 202 şəhər arasında 91,71 Mbps sürətlə 113-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (408,84 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Hələb (3,07 Mbps) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə mövqe dəyişməyərək 114,26 Mbps sürətlə 152 şəhər arasında 83-cü yerdə qərarlaşıb.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əl-Rayyan (Qətər) (659,91 Mbps), sonuncu yeri Asmara (Eritreya) (4,75 Mbps) tutub.

Oxşar xəbərlər

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 32 % artıb
Azərbaycan noyabrda mobil internetin orta sürətinə görə irəliləyib
Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan noyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər