Fentsin Li: Çin WUF13-də şəhər regenerasiyasının ən yaxşı təcrübələrini təqdim edəcək
Far.Az xəbər saytı

Fentsin Li: Çin WUF13-də şəhər regenerasiyasının ən yaxşı təcrübələrini təqdim edəcək


Çin WUF13-də şəhər regenerasiyasının ən yaxşı təcrübələrini təqdim edəcək.

Bu barədə "Far.Az"a Şanxay Universitetinin professoru, ali məktəbin nəzdindəki Şəhər Regenerasiyası və Dayanıqlı İnkişaf İnstitutunun icraçı direktorunun müavini, Bakıda keçirilən WUF13-də Çin pavilyonunu təmsil edən Fentsin Li bildirib.

"Biz Çin pavilyonunda şəhər regenerasiyası üzrə ən yaxşı beynəlxalq təcrübələri təqdim edirik. Bunlar bütün dünyadan olan layihələrdir - beş qitədən səkkiz kateqoriya üzrə nümunələrdir. Ümumilikdə 30 layihə seçilib və tezliklə onların arasından ən çox fərqlənən 10 layihəni elan edəcəyik. Bu, ilk belə beynəlxalq seçmə və burada keçirdiyimiz ilk mükafatlandırma mərasimidir", - o deyib.

Professor əlavə edib ki, Çin pavilyonu əhalinin müxtəlif qruplarının ehtiyacları nəzərə alınmaqla şəhər mühitinin inkişafını modelləşdirməyə imkan verən rəqəmsal planlaşdırma modelləri və interaktiv həllər də daxil olmaqla, süni intellektin tətbiq olunduğu şəhər regenerasiyası layihələrini təqdim edir.

Oxşar xəbərlər

Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Məktəbin ilk günündən FOTOLAR
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər