Qırğız nazir: Azərbaycanla tikinti sektorunda münasibətləri yenidən qururuq
WUF13 dünyanın hər yerindən şəhərsalma sahəsinin nümayəndələrinin bir araya gəldiyi və təcrübə mübadiləsi apardığı böyük platformadır.
BAKU.WS xəbər verir ki, bunu "APA-Economics"ə açıqlamasında Qırğızıstanın tikinti və arxitektura naziri Nurdan Oruntaev deyib.
O qeyd edib ki, eyni zamanda forum ölkələrin və respublikaların öz ərazilərində tikinti və urbanizasiya sahəsinin necə inkişaf etdiyini nümayiş etdirməyə yönəlib:
"Biz də burada hazırda həyata keçirilən və tikilməkdə olan bir sıra layihələrimizi təqdim etdik. Onların demək olar ki, hamısı yaxın bir il ərzində tamamlanacaq və istismara veriləcək. Bundan əlavə, burada öz layihəmizi də təqdim etdik. Bu, Bişkekdə tikilən və postsovet məkanında analoqu olmayan tullantı emalı zavodu layihəsidir".
O, Azərbaycanla əməkdaşlıq barəsində də danışıb:
"Hazırda Azərbaycan ərazisində bizim layihələrimiz yoxdur. Tikinti sahəsində Azərbaycan ilə Qırğızıstan arasında Sovet İttifaqının dağılmasından sonra bu günədək belə əməkdaşlıq olmayıb. Hazırda biz bu münasibətləri yenidən qurmağa çalışırıq və düşünürəm ki, yaxın illərdə bu, öz nəticələrini verəcək. Qırğızıstan Prezidenti Sadır Japarovun tapşırığı ilə ötən il Qarabağda məktəb tikildi. Bu, belə demək mümkünsə, Azərbaycan xalqına bizim hədiyyəmiz idi. Bu, ilk layihədir, amma gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirəcəyik. Yəni işlərimizin davamı olacaq".
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
-
IND: Mənzil böhranını həll etmək üçün hər gün 96 min ev təhvil verilməlidir
-
Mariyana Kuyundziç: Aİ WUF13-dən yaxşı nəticələr gözləyir
-
WUF13-ün ilk günündən - FOTOREPORTAJ
-
Livanın Mənzil Korporasiyasının rəhbəri WUF13-də innovativ həllərin tərəfdarı kimi çıxış edib
-
"Həm Azərbaycan, həm də digər ölkələr üçün yeni ideyalar yarana bilər" - Uqandalı nümayəndə













