Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 589 %-ni təşkil edib
Mayın 18-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən Far.Az-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub, Şahdağda qar yağıb.
Bakıda və Abşeron yarımadasında yağan yağış mayın 18-də gecə saatlarından kəsilsə də, bəzi rayonlarda yağıntılar davam edib.
Bakıda və Abşeron yarımadasında sutka ərazində düşən yağıntının miqdarı 116 mm qeydə alınıb ki, bu da aylıq normanın 589 %-ni təşkil edib.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Zaqatalada 38, Sarıbaşda (Qax) 36, Qəbələdə 26, Neftçalada 25, Kişçayda (Şəki) 24, Qobustanda 22, Şabran, Xızıda 15, Oğuzda 14, Xaltan, Qusarda 12, Daşkəsəndə 11, Qubada 9, Şahdağda 8, Qrız, Şamaxıda 7, Şahbuzda 5, Biləsuvar, Lerik, Xınalıq, Gədəbəydə 4, İsmayıllı, Xaçmaz, Tərtərdə 2, Naxçıvan, Şərur, Naftalan, Balakən, Beyləqan, İmişli, Sabirabad, Yardımlı, Astara, Ağdam, Cəlilabad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Azərbaycanın bu bölgəsinə 150 sm QAR YAĞIB
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
FAKTİKİ HAVA: Bakı və Abşeron yarımadasına düşən yağıntının miqdarı normadan 6 dəfə çox olub
Bakı və Abşeronda yağıntılar son 100 ilin rekordunu qırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













