Məhəmməd Yunis Əl-Mənfi: "Şəhərsalma probleminin həlli ədalətli və çevik maliyyələşdirmə tələb edir"
Far.Az xəbər saytı

Məhəmməd Yunis Əl-Mənfi: "Şəhərsalma probleminin həlli ədalətli və çevik maliyyələşdirmə tələb edir"


Şəhərsalma problemlərinin həlli inkişaf etməkdə olan ölkələr üçün ədalətli və çevik maliyyələşdirmə mexanizmləri tələb edir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ilk dəfə təşkil olunmuş Liderlər Sammitində Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi bildirib.

"Biz balanslaşdırılmış şəhərsalma siyasətini dəstəkləmək, davamlı şəhərsalma planlaşdırılmasını təşviq etmək, infrastruktur və əsas xidmətləri təkmilləşdirmək istiqamətində çalışırıq. Eyni zamanda diqqətimizi yerli hakimiyyət orqanlarının səlahiyyətlərinin artırılmasına, bərpa və yenidənqurma səylərinin dəstəklənməsinə, habelə milli kimliyi qoruyan, müasir inkişafın tələblərinə cavab verən şəhər icmalarının qurulmasına yönəldirik. Şəhərsalma problemlərinin həlli beynəlxalq tərəfdaşlıqların gücləndirilməsini, bilik və texnologiya transferini, Dayanıqlı İnkişaf Məqsədlərinin və Yeni Şəhər Gündəliyinin daha ədalətli və effektiv şəkildə həyata keçirilməsini təmin edəcək tərzdə inkişaf etməkdə olan ölkələr üçün ədalətli və çevik maliyyələşdirmə mexanizmlərinin təmin edilməsini tələb edir", - deyə o qeyd edib.

Qonağın sözlərinə görə, Liviyada yenidənqurma səyləri son illər ərzində davam edərək ölkənin şimalında, cənubunda və şərqində, xüsusilə sel fəlakətindən sonra Dərnə şəhərində, qərbində isə müharibələrdən sonra böyük irəliləyişlərə şahidlik edib və bu, hazırda ölkədəki sabitlik sayəsində mümkün olub: "Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) bu il həm Bakıda, həm Nayrobidə, həm də Çində təşkil etdiyi görüşlər və beynəlxalq tədbirlər şəhərlərin gələcəyinə dair qlobal dialoqun davam etdirilməsinin vacibliyini, həmçinin tövsiyələrin bəşəriyyətə xidmət edən və insanı inkişaf prosesinin mərkəzinə qoyan praktiki siyasətlərə və icra oluna bilən layihələrə çevrilməsinin əhəmiyyətini təsdiqləyir. Bu platformadan istifadə edərək, Liviya iqlim və iqtisadi dəyişikliklərin böhranlarına cavab vermək iqtidarında olan, regional və beynəlxalq sabitliyi gücləndirəcək və gələcək nəsillər üçün inkişafa nail olacaq tərzdə təhlükəsiz, davamlı və uyğunlaşa bilən şəhərlərin salınmasına yönəlmiş bütün beynəlxalq səylərə tam dəstəyini bir daha bəyan edir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər