İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb
İran Hörmüz boğazında gəmilərin hərəkətinin tənzimlənməsi üçün yeni marşrut sistemi hazırlayıb.
BAKU.WS-in məlumatına görə, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Tehran tərəfindən müəyyənləşdirilən marşrut əsasında "peşəkar mexanizm" yaradılıb və sistem yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
Əzizinin sözlərinə görə, yeni qaydalar çərçivəsində yalnız kommersiya gəmiləri və İranla əməkdaşlıq edən tərəflər müəyyən üstünlüklərdən istifadə edə biləcəklər.
Komissiya sədri qeyd edib ki, təqdim olunacaq ixtisaslaşmış xidmətlər üçün müvafiq ödəniş nəzərdə tutulur.
İbrahim Əzizi əlavə edib ki, ABŞ-nin Hörmüz boğazında gəmilərin müşayiəti üçün həyata keçirdiyi "Azadlıq" layihəsində iştirak edən ölkələr və həmin layihəyə qoşulan gəmilər bu marşrutdan istifadə edə bilməyəcəklər.
Oxşar xəbərlər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
"Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













