Masaj salonunu işlədənlərdən pul tələb edən şəxs hakim qarşısına çıxarılıb
Far.Az xəbər saytı

Masaj salonunu işlədənlərdən pul tələb edən şəxs hakim qarşısına çıxarılıb


Vətəndaşa qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən Səid Rüstəmzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş dindirilib.

Ona sözlərinə görə, paytaxtın Nəsimi rayonu ərazisində masaj salonu işlədib:

"Salonda məndən başqa bir inzibatçı və üç masajçı işləyirdi. Salon qanuni əsaslarla fəaliyyət göstərirdi. Bir nəfər özünü vəzifəli şəxs kimi təqdim edərək masaj salonuna gəldi. Bildirdi ki, o, salona himayədarlıq edəcək və hüquq-mühafizə orqanlarının heç bir əməkdaşı ora gəlməyəcək.

Buna görə ona 3 min manat verdim və aylıq müəyyən ödənişə razılaşdıq. Daha sonra ödəniş edə bilmədim və səhhətimdə problemlərimin olduğunu bildirdim. Mənə dedi ki, sənə problem yaradaram".

Daha sonra şahid qismində Gülnaz Hüseynova ifadə verib.

"Səid salona daxil oldu və müdiriyyəti soruşdu. Mən isə bildirdim ki, inzibatçı kimi çalışıram. Kostyumda idi və əlində qırmızı sənəd göstərdi. Daha sonra müdirlə danışdı. Müdirdən söhbətin yekununu soruşanda mənə bildirdi ki, Səid ondan masaj salonunun işləməsinə görə 30 min manat tələb edib".

Məhkəmənin növbəti iclası iyunun 8-nə təyin edilib.

Səid Rüstəmzadəyə qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər