"Reuters": Pakistan Səudiyyə Ərəbistanına minlərlə hərbçi və qırıcı eskadrilyası göndərib
Pakistan qarşılıqlı müdafiə paktı çərçivəsində Səudiyyə Ərəbistanına qırıcı eskadrilyası, 8 min hərbi qulluqçu və HQ-9 hava hücumundan müdafiə sistemini yerləşdirir.
"Far.Az" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" məlumat yayıb.
"Pakistan Səudiyyə Ərəbistanına təqribən 16 təyyarədən, əsasən Çinlə birgə istehsal edilmiş JF-17 qırıcılarından ibarət bütöv bir eskadrilya, eləcə də iki pilotsuz uçuş aparatları göndərib. Avadanlıqlara pakistanlı mütəxəssislər tərəfindən xidmət göstərilir və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir", - məlumatda dəqiqləşdirilib.
Qeyd olunub ki, İslamabad bu yolla Ər-Riyadla hərbi əməkdaşlığı genişləndirir. Təhlükəsizlik xidməti və hökumətdəki mənbələr qeyd ediblər ki, bu addım Yaxın Şərqdə eskalasiya fonunda krallığa qarşı növbəti hücum olacağı təqdirdə Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrini dəstəkləmək məqsədi daşıyır.
Hələlik qoşunların yerləşdirilməsi ilə bağlı rəsmi şərh verilməyib. Keçən il imzalanmış müdafiə sazişinin tam şərtləri məxfidir, lakin hər iki tərəf bildirib ki, o, hücum olacağı təqdirdə Pakistan və Səudiyyə Ərəbistanının qarşılıqlı dəstəyini nəzərdə tutur.
Oxşar xəbərlər
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Kursant hərbi rütbəsi əsgərə bərabər tutulacaq
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb













