9 mindən çox abonent işıqsız qalacaq
Far.Az xəbər saytı

9 mindən çox abonent işıqsız qalacaq


Lənkəran şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranıb.

BAKU.WS xəbər verir ki, bu barədə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən məlumat verilib.

Bildirilib ki, mayın 19-da budama işləri ilə əlaqədar "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 6 saylı hava xəttindən qidalanan ərazilərdə saat 10:00-dan 13:00-dək, 9 saylı hava xəttindən qidalanan ərazilərdə isə saat 14:30-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Qeyd olunub ki, ümumilikdə 9100 abonenti əhatə edən ərazilərdə fasilələr müşahidə ediləcək.

"Sakinlərimizin nəzərə alması xahiş olunur", - məlumatda bildirilib.

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər