Gənc əsgərlər Milli Müdafiə Universitetində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya barədə məlumatlandırılıb
Azərbaycan Ordusunda yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə xidmət edən yüksək intellektə malik istedadlı gənc əsgərlərlə görüş keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbər heyəti, İntellektual qabiliyyətli bölmələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və onların valideynlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər hərbi xidmətkeçmə ilə bağlı tətbiq olunan yeni konsepsiya ilə bağlı ətraflı məlumat verib.
Qeyd olunub ki, yeni yaradılan konsepsiyaya əsasən təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə, hərbi xidmətdə olan istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra Milli Müdafiə Universitetinin tərkibində yaradılmış İntellektual qabiliyyətli bölmələrin tərkibində öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaqla hərbi xidmətlərini davam etdirəcəklər.
Milli Müdafiə Universitetinin tərkibində yaradılmış İntellektual qabiliyyətli bölmələrin şəxsi heyəti adından çıxış edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu onlar üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib və bu bölmələrdə xidmət etməklə öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanacaqlarını əminliklə qeyd edib. Ali təhsil müəssisələrində öyrəndikləri bilikləri xidmət müddətində praktiki icra etməklə daha da təkmilləşdirəcəklərinə və Vətənə faydalı olacaqlarına söz verib.
Hərbi qulluqçuların ailə üzvləri çıxışlarında ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində gənclərin fərdi inkişafı naminə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Ordusunda yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından bütün ixtisaslar üzrə 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var













