Samir Məmmədov: "Azərbaycan süni intellekt və məlumat mərkəzləri üçün regional hab olmağa hazırlaşır"
Azərbaycan özünü süni intellekt və məlumat mərkəzləri üçün regional hab kimi mövqeləndirir.
"Far.Az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Ümundünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlər üçün Süni İntellekt - Şəhər Planlaşdırması və Ağıllı, Davamlı İcmaların Qurulması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Qafqaz, Mərkəzi Asiya və qonşu bazarlarda elektrik enerjisinə təxmini tələbat 850 meqavat təşkil edir, halbuki region üzrə mövcud təchizat cəmi 30 meqavat səviyyəsindədir. Bu isə süni intellekt və məlumat mərkəzləri kimi yüksək enerji və hesablama gücü tələb edən infrastrukturlar üçün regionda ciddi boşluğun olduğunu göstərir.
S. Məmmədov bildirib ki, Azərbaycan məhz bu artan tələbat fonunda özünü regional hesablama və data mərkəzi habı kimi formalaşdırmağa çalışır: "Ölkənin 2 qiqavatdan çox əlavə enerji gücü, genişmiqyaslı "yaşıl enerji" layihələri, rəqabətqabiliyyətli tarifləri və inkişaf etmiş rəqəmsal bağlantıları bu istiqamətdə mühüm üstünlüklər yaradır".
Nazir müavini əlavə edib ki, hesablama infrastrukturunun genişləndirilməsi və regionda artan tələbatın qarşılanması məqsədilə aparıcı qlobal texnologiya şirkətləri və hiperskeyl provayderlərlə uzunmüddətli əməkdaşlıq üzrə danışıqlar aparılır.
S. Məmmədov əlavə edib ki, Milli Süni İntellekt Mərkəzi və Akademiyası aparıcı beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı həllərin hazırlanması və idarə olunması istiqamətində ixtisaslı kadrlar yetişdirir. Onun sözlərinə görə, layihələr sırasında dövlət xidmətləri üçün Azərbaycan dilində böyük dil modelinin yaradılması da yer alır.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Bakıdan Tbilisiyə qatarlar bərpa olunur? - RƏSMİ
-
ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb
-
II Liqanın qalibi olan "Xankəndi" I Liqaya yüksəlib
-
Serjio Maqalyaynş: "Latın Amerikasında maliyyə çatışmazlığı iqlim hədəflərinə çatmağa mane olur"













