WUF13-də şəhərlərin gələcəyi müzakirə edildi
Far.Az xəbər saytı

WUF13-də şəhərlərin gələcəyi müzakirə edildi


Bakıda keçirilən WUF13 – Ümumdünya Şəhərsalma Forumu çərçivəsində "Xoşbəxt yaşayış və dayanıqlı şəhər gələcəyinin birgə qurulması" mövzusunda beynəlxalq tədbir təşkil olunub.

Far.Az xəbər verir ki, tədbirdə BMT-Habitat, Çin Xalq Respublikasının aidiyyəti qurumları və müxtəlif ölkələrdən nümayəndələr iştirak ediblər.

Çıxış edən rəsmilər dayanıqlı şəhər mühitinin formalaşdırılmasının müasir dövrün əsas prioritetlərindən biri olduğunu vurğulayıblar. Tədbirdə şəhərlərin iqlim dayanıqlılığı, nəqliyyat, rəqəmsal innovasiya, sosial inklüzivlik və şəhər idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparılıb.

Forum çərçivəsində həmçinin dayanıqlı inkişaf sahəsində fərqlənən şəhərlərə təqdim olunan "Şanxay Mükafatı" barədə məlumat verilib. Bildirilib ki, mükafat 2022-ci ildə UN-Habitat və Çin tərəfinin birgə təşəbbüsü ilə təsis olunub və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verən şəhərləri qiymətləndirir.

WUF13-də şəhərlərin gələcəyi müzakirə edildi

Rəsmilər qeyd ediblər ki, son üç ildə 45 ölkədən 160-dan çox şəhər mükafata qoşulub və layihəyə maraq sürətlə artır. Hazırda "Şanxay Mükafatı"nın dördüncü mərhələsi üzrə müraciətlər qəbul edilir və proses iyunun 23-dək davam edəcək.

Tədbirdə vurğulanıb ki, Bakı forumu şəhərlərin gələcək inkişaf modellərinin müzakirəsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dayanıqlı urbanizasiya sahəsində yeni təşəbbüslərin təşviqi baxımından mühüm platforma rolunu oynayır.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər