Azərbaycan ilə EBRD arasında Gəncə və Naxçıvanla bağlı müzakirələr aparılıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb və Gəncə Yaşıl Şəhər Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər barədə müzakirələr aparıb.
"Report" xəbər verir ki, M. Cabbarov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşümüzdə əməkdaşlığın gündəliyində olan prioritet istiqamətləri nəzərdən keçirdik.
Gəncə Yaşıl Şəhər Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər, şəhərlərin su təchizatının və Naxçıvanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərsalma layihələri barədə müzakirələr apardıq".
Ümumdünya Şəhərsalma Forumu (WUF13) (@WUF13Azerbaijan) çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (@EBRD) Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşümüzdə əməkdaşlığın gündəliyində olan prioritet istiqamətləri nəzərdən keçirdik.… pic.twitter.com/sdNLsVIohG
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 19, 2026
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













