Türkiyə Bakı koalisiyasının daimi iqlim dialoqu platformasına çevrilməsinin tərəfdarıdır
Far.Az xəbər saytı

Türkiyə Bakı koalisiyasının daimi iqlim dialoqu platformasına çevrilməsinin tərəfdarıdır


Türkiyə Bakı Davamlılıq Koalisiyasının daimi iqlim dialoqu platformasına çevrilməsinin tərəfdarıdır.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində şəhər iqlim fəaliyyəti və dayanıqlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksək səviyyəli iclasında bildirib.

Nazir müavininin sözlərinə görə, iqlim dəyişikliyi artıq çoxdan yalnız ekoloji məsələ olmaqdan çıxaraq kompleks və çoxşaxəli çağırışa çevrilib. Bu problem şəhər ərazilərinin təhlükəsizliyinə, infrastruktur sistemlərinin dayanıqlığına, eləcə də ərzaq və su təhlükəsizliyinin təminatına birbaşa təsir göstərir.

"Türkiyə Bakı Davamlılıq Koalisiyasını Bakıdakı COP29, WUF13 və Antalyada keçiriləcək COP31 arasında strateji əlaqələndirici xətt kimi qəbul edir. Koalisiya daimi fəaliyyət göstərən dialoq platformasına çevrilməli və niyyət bəyannamələrinin praktik layihələrə və konkret maliyyə mexanizmlərinə çevrilməsinə dəstək olmalıdır", - nazir müavini vurğulayıb.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər