Ombretta Tempra: "Mənzil tikintisi və modernizasiyasında ekoloji standartlar genişləndirilməlidir"
Far.Az xəbər saytı

Ombretta Tempra: "Mənzil tikintisi və modernizasiyasında ekoloji standartlar genişləndirilməlidir"


Mənzil tikintisi və modernizasiyasında ekoloji standartlar genişləndirilməlidir.

"Report" xəbər verir ki, bunu UN-Habitat-ın Torpaq, Mənzil və Sığınacaq Bölməsinin rəhbəri və mənzil təminatı üzrə aparıcı mütəxəssisi Ombretta Tempra Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Hamı üçün adekvat mənzil üzrə Hökumətlərarası Açıq Tərkibli Ekspert İşçi Qrupu: Mənzil dayanıqlılığı və davamlılığı üzrə sessiyalararası görüş"də bildirib.

"Qeyri-rəsmi yaşayış məntəqələrində dayanıqlılıq və dözümlülük haqqında daha çox eşidəcəyik. Xüsusi olaraq mənzil tikintisi və yenidənqurma (modernizasiya) ilə bağlı tövsiyələr toplusu hazırlamışıq. ​Beləliklə, bazarın həm təklif, həm də tələb tərəfini əhatə etməklə, münasib mənzil təminatı üçün hərtərəfli ekoloji standartlar və iqlimə həssas çərçivələr müəyyən etmək istəyirik. ​Kontekstə uyğun tikinti qaydalarını irəlilətməklə, mənzil tikintisi və modernizasiyası prosesində ekoloji dayanıqlılıq və dözümlülük standartlarını tətbiq etməklə, qeyri-rəsmi yaşayış məntəqələri də daxil olmaqla, mövcud mənzil fondunun genişmiqyaslı, ədalətli və inklüziv şəkildə modernizasiyasını sürətləndirməklə, mənzil və tikinti sistemlərində dövri iqtisadiyyat prinsiplərini tətbiq etməklə məqsədimizə nail olacağıq",- deyə o qeyd edib.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər