NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
Far.Az xəbər saytı

NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir


Hörmüz boğazının blokadası ilə bağlı vəziyyət iyula qədər həll olunmasa, NATO üzvləri gəmilərin bu yoldan keçməsinə kömək edəcək missiyanın işə salınması variantını nəzərdən keçirəcək.

"Far.Az" xəbər verir ki, bu barədə mənbəyə istinadən "Bloomberg" məlumat yayıb.

"NATO-nun yüksək vəzifəli nümayəndəsinin sözlərinə görə, iyulun əvvəlinə qədər blokada aradan qaldırılmasa, gəmilərin Hörmüz boğazından keçidinə yardım imkanı alyansda müzakirə olunur", - agentlik məlumat verib.

Daha əvvəl qeyd edilib ki, regionda hərbi əməliyyatlar başa çatdıqdan və NATO-ya daxil olmayan bir çox ölkənin iştirakı ilə geniş koalisiya formalaşdırıldıqdan sonra boğaz ərazisində fəaliyyət göstəriləcək.

Lakin iqtisadi çətinliklər dərinləşməyə davam edir. NATO ölkəsindən olan diplomatın sözlərinə görə, hazırda Hörmüz boğazında vəziyyəti sabitləşdirmək üçün missiyanın yaradılması ideyasını alyansın bir neçə üzvü dəstəkləyir, lakin yekdil dəstək yoxdur. NATO-nun bəzi üzvləri hələlik bu təşəbbüsə qarşı olduqlarını bildirir, amma blokada qüvvədə qalarsa, onun lehinə çıxış edəcəklər.

"Bloomberg" xatırladır ki, ABŞ bundan əvvəl NATO-ya Hörmüz boğazı ilə bağlı hər hansı fəaliyyətdə iştirak etmək üçün rəsmi sorğu göndərməyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər