Gürcü ekspert: Şəhərlərin gələcəyi Bakıda müzakirə olunur
Şəhərlərin gələcəyi Bakıda müzakirə olunur.
Bunu "Report"un yerli bürosuna açıqlamasında Gürcüstan Texniki Universitetinin professoru, urbanist və ekspert Merab Bolkvadze deyib.
O, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını (WUF13) yüksək qiymətləndirib.
M. Bolkvadze bildirib ki, hazırda Bakıda mühüm beynəlxalq tədbir keçirilir:
"Bildiyiniz kimi, qardaş ölkəmiz Azərbaycanda – Bakıda mayın 17-dən etibarən çox böyük bir forum keçirilir. Forum ümumilikdə məskunlaşma məsələlərinə həsr olunub və WUF13 dünyada yaşayış məntəqələri ilə bağlı problemləri əhatə edir."
Professor belə bir mötəbər forumun Azərbaycan tərəfindən qəbul edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Onun sözlərinə görə, tədbirdə gürcü mütəxəssislər və şəhərsalma üzrə ekspertlər də iştirak edir. "Belə bir mötəbər forumun dost və qardaş ölkə Azərbaycan tərəfindən qəbul edilməsi təqdirəlayiq haldır", - o qeyd edib və forum çərçivəsində aparılan müzakirələrin şəhərsalma və dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıdığını qabardıb.
Gürcü professorun fikrincə, bu cür forumların keçirilməsi çox vacibdir:
"Çünki bizim üçün də böyük əhəmiyyət daşıyır. Azərbaycanlı həmkarlarımızla görüşürük və bu müzakirələr zamanı bir çox məsələlər dəqiqləşir, ortaq problemlər ətrafında fikir mübadiləsi aparılır."
O, həmçinin şəhərlərin dayanıqlı inkişafı və yaşayış məntəqələrinin planlaşdırılması baxımından bu cür platformaların önəmini vurğulayıb: "Şəhərlərin və yaşayış məntəqələrinin dayanıqlı inkişafı baxımından şəhərsalma mövzusunda keçirilən belə forumlar və görüşlər olduqca önəmlidir. Ümumilikdə, Gürcüstan tərəfi, gürcü memarlar və şəhərsalma mütəxəssisləri bu cür forum və görüşləri yüksək qiymətləndirir və dəstəkləyirlər."
Ekspert Azərbaycanın işğaldan azad olunan ərazilərdə apardığı işləri də yüksək qiymətləndirib.
Oxşar xəbərlər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb













