Nazir müavini: "2060-cı ilə qədər plastik tullantıların həcmi üç dəfə arta bilər"
"Əgər tədbir görülməzsə, 2060-cı ilə qədər plastik tullantıların həcmi 3 dəfə arta bilər".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dövri iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
O bildirib ki, dünyada hər il təxminən 430 milyon ton plastik istehsal olunur:
"Bunun böyük hissəsi qısamüddətli istifadədən sonra tullantıya çevrilir. Tullantıların təxminən 90%-i ya yandırılır, ya da ətraf mühitə atılır. Əgər mövcud tendensiya davam edərsə, 2060-cı ilə qədər dünyada plastik tullantıların həcmi 3 dəfə arta bilər. Adambaşına düşən plastik tullantıların həcmi ölkələr üzrə fərqlənir. Avropa İttifaqı ölkələrində bu göstərici təxminən 16 kiloqramdırsa, dünya üzrə orta göstərici 13 kiloqram, Azərbaycanda isə təxminən 14-15 kiloqramdır. Son 15 ildə Azərbaycanda plastik qablaşdırma məhsullarının istehlakı təxminən 5 dəfə, istehsalı 6.5 dəfə artıb. Plastik tullantıların təkrar emalı Avropa İttifaqı ölkələrində təxminən 95%, Asiya-Sakit Okean bölgəsində 12%, Azərbaycanda isə təxminən 14-15% səviyyəsindədir".
Oxşar xəbərlər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Ağakərim Səmədzadə: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji təhlükəyə çevrilib
-
Ekspert: "Şəhərsalmada səhiyyə məsələsi yetərincə nəzərə alınmır"
-
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2













