Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Far.Az xəbər saytı

Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək


Bu il İçərişəhərdə 26 iri festivalın keçirilməsi nəzərdə tutulub.

Bunu "Report"a açıqlamasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin Sədri Rüfət Mahmud bildirib.

"Müvafiq mobil tətbiqdə siz artıq bütün informasiyanı əldə edə bilərsiniz", - deyə o qeyd edib.

Bundan başqa, sədr deyib ki, İçərişəhərdə bir çox yeniliklər gözlənilir: "Muzeylərin yeni ekspozisiyalarının üzərində işlər aparılır. Ziyarətçilər üçün interaktiv sərgilənmə tətbiq olunacaq ki, onlarda unudulmaz təəssüratlar yaransın. Eyni zamanda Qala Qoruğu ilə bağlı ayrıca inkişaf strategiyası hazırlanılır. Oranın potensialı çox böyükdür. Hazırda özəl sektorla danışıqlar aparılır ki, burada mütəmadi tədbirlər keçirilməsi, muzeylərin təmiri, bərpa olunması, yeni yanaşmaların tətbiq olunması nəzərdə tutulsun".

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər