Bakının mərkəzində daha 5 küçə piyadalaşdırılır
Bu yaxınlarda paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkını optimal şəkildə birləşdirən İslam Səfərli küçəsi piyadalaşdırılaraq şəhər sakinləri və qonaqların ixtiyarına verildi.
Far.Az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan, müasir şəhərsalma prinsiplərinə tam uyğun olan bu laylihənin İslam Səfərli küçəsinə yaxın ərazilərdə davam etdirilməsi nəzərdə tutulur.
Belə ki, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul edilib.
Yaxın günlərdə istər yerli sakinlər, istərsə də qonaqlar üçün olduqca cəlbedici olan bu məkanlarla bağlı dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq.
Xatırladaq ki, 19–20-ci əsrlərə aid tarixi tikililərin mövcud olduğu bu küçələr hazırda avtomobil sıxlığının mərkəzindədir. Sakinlər və şəhərimizin qonaqları avtomobil sıxlığı səbəbindən bu məkanlarda yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. Adıçəkilən küçələrdə səkilərin dar, piyada axınının isə çox olması səbəbindən ərazi faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları tərəfindən geniş istifadə edilir.
Bütün bunları nəzərə alaraq, piyadalar arasında populyar olan bu ərazilərin tamamilə avtomobilsiz edilməsi nəzərdə tutulur.
Layihənin icrası nəticəsində İçərişəhərdən kənarda, Bakının mərkəzində yerləşən piyada küçələrinin ümumi uzunluğu ciddi şəkildə artacaq. Bununla da şəhər mərkəzinin piyada infrastrukturunun daha da inkişafı və genişləndirilməsi təmin ediləcək. Həmçinin Xaqani bağı və Fəvvarələr meydanından Qış parkına və Mərkəzi parka uzanan iki müstəqil piyada marşrutu formalaşacaq.
Piyadalaşdırılacaq küçələrin parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin bu küçələrə daxil olması üçün şərait yaradılacaq.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Ekspert: "Şəhərsalmada səhiyyə məsələsi yetərincə nəzərə alınmır"
-
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
-
WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır
-
Torner: UNECE mənzil planlaşdırması sahəsində vahid məlumat bazası yaratmaq istiqamətində fəaliyyət göstərir













