Anar Vəliyev: "Şəhər planlaşdırmasında psixoloji rifah faktoru öndə olmalıdır"
Şəhər planlaşdırmasında psixoloji rifah faktoru önə çıxarılmalıdır.
"Far.Az" xəbər verir ki, bunu ADA Universitetinin dosenti, şəhərsalma üzrə planlaşdırıcı Anar Vəliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Neyro-urbanizm: Şəhərlər beyni, davranışı və psixi rifahı necə formalaşdırır?" adlı tədbirdə bildirib.
"Gəlin məşhur bir filmdən bir səhnəni xatırlayaq. Nyu-Yorkluların bütün neqativ enerjisi nəhəng, ağ rəngli, gülməli bir dənizçi obrazında cəmlənərək fiziki forma qazanırdı. Sanki bütün mənfi hisslər bir bədheybətə çevrilib təcəssüm olunurdu. Eyni məntiqi şəhər miqyasında təsəvvür etsək, məsələn, Bakı sakinlərinin bütün neqativ emosiyalarını bir yerə toplasaq, ortaya çıxacaq "emosional bədheybət" bəlkə də daha da böyük olardı. Demək istədiyim odur ki, şəhər planlaşdırmasında təkcə fiziki infrastruktur deyil, psixoloji rifah da mütləq nəzərə alınmalıdır.
Uzun müddət yanaşma belə idi: "Evimiz var, su gəlir, işıq var - deməli, hər şey qaydasındadır." Bu çərçivədən kənara çıxılmırdı. Bəzi insanlar feng şui kimi yanaşmalardan və məkanın insana təsirindən danışsalar da, bu mövzu bizdə sistemli şəkildə dərk olunmamışdı.
Son illərdə isə daha aydın görünür ki, memarlıq və şəhər mühiti insanların depressiya səviyyəsinə, psixoloji sabitliyinə, intihar riskinə və təşviş hallarına birbaşa təsir göstərə bilər. Xüsusilə COVID-19 pandemiyasından sonra bu daha aydın şəkildə hiss olundu. COVID-19 bizə göstərdi ki, insan çox vaxt dörd divar arasında qalır, həmin məkan onun gündəlik həyatını, psixoloji vəziyyətini ciddi şəkildə formalaşdırır. Çölə çıxa bilməmək isə ev mühitinin rifaha təsirini daha açıq şəkildə üzə çıxardı", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
BMT rəsmisi: "Havanın çirklənməsi qlobal səviyyədə ikinci əsas ölüm səbəbidir"
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub
-
BAMF WUF13-də "Sirkulyar və yaşıl iqtisadiyyata keçid" adlı tədbir keçirib
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır













