Şəhərsalma mütəxəssisi: "Əhali artdıqca stress, nəqliyyat sıxlığı, sosial bərabərsizlik yaranır"
Əhali artdıqca şəhərlər stress, nəqliyyat sıxlığı, sosial bərabərsizlik ilə bağlı ciddi çağırışlarla üzləşir.
Far.Az xəbər verir ki, bunu Komitəsinin Şəhərsalma və ərazi planlaşdırılması şöbəsinin müdir müavini Şahnaz Bədəlova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Neyro-urbanizm: Şəhərlər beyni, davranışı və psixi rifahı necə formalaşdırır?" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu gün şəhərlər insanların sağlamlığına, emosiyalarına, davranışına, sosial qarşılıqlı əlaqələrinə və ümumi həyat keyfiyyətinə təsir göstərir: "Buna görə psixoloji rifah şəhərsalma siyasətində getdikcə daha vacib bir mövzuya çevrilir. BMT-nin məlumatına görə, hazırda əhalinin təxminən 56 %-i şəhərlərdə yaşayır. Bu rəqəm 2050-ci ilə qədər təxminən 70 %-ə çatacaq. Bu o deməkdir ki, milyardlarla insan ömrünün çox hissəsini şəhərlərdə keçirəcək. Şəhər əhalisi artdıqca, şəhərlər stress, nəqliyyat sıxlığı, ətraf mühitin çirklənməsi, sosial bərabərsizlik, mənzil təzyiqi və iqlim dəyişikliyi ilə bağlı ciddi çağırışlarla üzləşir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal miqyasda hər səkkiz nəfərdən birinin psixi sağlamlıq problemi ilə yaşadığını bildirir. Eyni zamanda, tədqiqatlar göstərir ki, şəhər mühiti stress səviyyəsinə, depressiyaya və sosial təcridə güclü təsir göstərə bilər. Uzun yol gəlmək də psixi rifaha təsir edir. Bir çox böyük şəhərlərdə insanlar hər gün nəqliyyatda bir neçə saat vaxt keçirirlər ki, bu da stressi artırır və ailə, istirahət və sosial həyat üçün vaxtı azaldır. Buna görə də müasir şəhərsalma daha çox insan mərkəzli olur".
Ekspert qeyd edib ki, bu gün BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), ÜST və Dünya Bankı daxil olmaqla bir çox beynəlxalq təşkilatlar sağlam, inklüziv, yaşıl və dözümlü şəhərləri fəal şəkildə təşviq edir: "Bu yanaşma həm də iqlim siyasəti və ətraf mühitin davamlılığı ilə bağlıdır. ÜST hesab edir ki, hava çirkliliyi dünyada hər il təxminən 7 milyon vaxtından əvvəl ölümə səbəb olur. Buna görə də şəhər mühitinin yaxşılaşdırılması təkcə ekoloji problem deyil, həm də ictimai sağlamlıq və rifah problemidir".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
BMT rəsmisi: "Havanın çirklənməsi qlobal səviyyədə ikinci əsas ölüm səbəbidir"
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub
-
BAMF WUF13-də "Sirkulyar və yaşıl iqtisadiyyata keçid" adlı tədbir keçirib
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır













