İrpen Şəhər Şurasının katibi: Azərbaycana zamanın sınağından çıxmış dostluğa görə təşəkkür edirəm
Ukraynanın İrpen Şəhər Şurasının katibi və mer səlahiyyətlərini icra edən Anjela Makeyeva mumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Laçın və Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı panel sessiyasında Azərbaycana verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
"Far.Az" xəbər verir ki, o, döyüşlər zamanı İrpenin infrastrukturunun 70 faizinin məhv edildiyini, minlərlə insanın evsiz qaldığını söyləyib:
"Ümumilikdə, 3860 obyekt zədələnmiş və ya tamamilə dağıdılmışdı. Bu, faktiki olaraq İrpenin yaşayış fondunun yarısı demək idi. 37 çoxmərtəbəli bina yaşayış üçün tam yararsız hesab olunaraq sökülməli idi. Dövlətimiz, beynəlxalq tərəfdaşlarımız və Ukraynanın dostları ilə birlikdə şəhəri yenidən qurmağa başladıq".
A.Makeyeva deyib ki, İrpenin bərpası beynəlxalq tərəfdaşların mühüm dəstəyi sayəsində mümkün oldu:
"Şəhərin bərpasına 20-dən çox təşkilat qoşuldu. Bütün tərəfdaşlarımız arasında Azərbaycan İrpenin qəlbində xüsusi yer tutur. Zərifə Əliyevanın xatirəsi şəhərimizdə yaşayır. Onun adı park və məktəbə verilib. Həmin məktəb Ukraynada uşaqların Azərbaycan dilini öyrəndiyi yeganə təhsil müəssisəsidir. Azərbaycan hökumətinin dəstəyi sayəsində İrpendə lisey və şəhər poliklinikası yenidən fəaliyyətə başlayıb".
İrpen Şəhər Şurasının katibi vurğulayıb ki, Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə və icmada daha dörd mühüm obyektin bərpasını birlikdə həyata keçirməyə hazırdırlar:
"Zamanın sınağından çıxmış dostluğa görə təşəkkür edirəm".
Oxşar xəbərlər
Zamanın sınağından çıxan ziyarətgah: Nizami türbəsinin hekayəsi - FOTOREPORTAJ
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
-
Samuxda yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ: 21 nəfər xəstəxanaya yerləşdirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.05.2026)
-
Günnüt əməliyyatı: Böyük Zəfərə aparan yolun mühüm mərhələsi













