Hikmət Hacıyev: Dünyada hər ölkədə WUF13 miqyasında tədbirlər keçirilə bilmir
Far.Az xəbər saytı

Hikmət Hacıyev: Dünyada hər ölkədə WUF13 miqyasında tədbirlər keçirilə bilmir


Dünyada hər ölkədə WUF13 miqyasında tədbirlər keçirilə bilmir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkandır:

"Azərbaycan COP29-a uğurla ev sahibliyi etdiyi kimi, WUF13-ə də edir. Hər ölkədə bu kimi tədbirlərin keçirilməsi üçün bizdə olduğu kimi şərait yoxdur. Buna təhlükəsizlik məsələləri, müharibələr səbəb göstərilə bilər".

H.Hacıyev həmçinin bildirib ki, Azərbaycanın məcburi köçkünləri bir vaxtlar çadırlarda yaşayırdısa, hazırda onların evi var.

Oxşar xəbərlər

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər