Bakıdan Tbilisiyə təyyarə ilə 1 saata 228 AZN, qatarla 9 saata 231 AZN - ŞİKAYƏT
Far.Az xəbər saytı

Bakıdan Tbilisiyə təyyarə ilə 1 saata 228 AZN, qatarla 9 saata 231 AZN - ŞİKAYƏT


6 il fasilədən sonra fəaliyyətini bərpa edən "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı-Tbilisi-Bakı marşrutu sərnişinlərin sevincinə səbəb olub.

Bu sevinc isə çox çəkmədi... Məsələ qiymətlərə gəlib çıxanda vətəndaşların gözləntiləri özünü doğrultmadı.

Xüsusilə, BAKU.WS-in redaksiyasına daxil olan çox sayda şikayət bizə deməyə əsas verir ki, sərnişinlər həm qiymətlərdən, həm də xidmətdən narazı qalıblar. Elə qurumun sosial şəbəkə hesablarında da narazılıqları görmək mümkündür.

Bakıdan Tbilisiyə təyyarə ilə 1 saata 228 AZN, qatarla 9 saata 231 AZN - ŞİKAYƏT

Narazılıqlara əsas səbəb bilet qiymətlərinin QSC tərəfindən açıqlanan rəqəmlərdən yüksək olmasıdır. ADY Bakı-Tbilisi qatarı üzrə biletin qiymətini minimum 81 AZN müəyyən etsə də qurumun saytında belə rəqəm görmək mümkün deyil.

Bu həftə açıqlanan marşrut üzrə səyahət tarifləri rəsmi olaraq belədir:

Bakı-Tbilisi: 81 AZN-dən

Yevlax-Tbilisi: 67 AZN-dən

Gəncə-Tbilisi: 62 AZN-dən

Ağstafa-Tbilisi: 57 AZN-dən

⁠Böyük Kəsik-Qardabani: 51 AZN-dən başlayır.

Lakin minimum 81 manat civarında olacağı deyilən biletlərin qiyməti yaxın tarixlər üçün xeyli baha təqdim olunur. Maraqlısı budur ki, növbəti ayın son həftəsinə də minimum qiymətə bilet tapmaq mümkün deyil.

Bakıdan Tbilisiyə təyyarə ilə 1 saata 228 AZN, qatarla 9 saata 231 AZN - ŞİKAYƏT

Hətta 26 mayda AZAL-ın 1 saatlıq Gürcüstan reysi 228 manat olduğu halda, ADY 9 saat yarımlıq qatar səfərinə 231 manat 13 qəpik qiymət müəyyənləşdirib. Bu da narazılıqları bir qədər də artırıb.

Bakıdan Tbilisiyə təyyarə ilə 1 saata 228 AZN, qatarla 9 saata 231 AZN - ŞİKAYƏT

Bir digər problem isə biletlərin onlayn alınması zaman ortaya çıxıb. Vətəndaşlar iddia edir ki, kartdan pul çıxsa da bilet almaq mümkün olmur. Yəni, həm pul kartdan silinir, həm də ortada bilet yoxdur. Bu da sistemdə problemin olduğundan xəbər verir. Səhər saatlarında ADY məsələ ilə bağlı məlumat yayaraq, sərnişinlərdən üzr də istəyib.

Bakıdan Tbilisiyə təyyarə ilə 1 saata 228 AZN, qatarla 9 saata 231 AZN - ŞİKAYƏT

"Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur. Yaranmış müvəqqəti çətinliyə görə üzr istəyir və sərnişinlərimizdən anlayışla qarşılamalarını xahiş edirik", - deyə ADY-dən bildirilib.

Qeyd edək ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tbilisidən isə 26 may tarixində hərəkətə başlayacaq. Qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər