Enrike Silva: Dünyada dövlət mülkiyyətində olan xeyli torpaq yetərincə istifadə olunmur
Far.Az xəbər saytı

Enrike Silva: Dünyada dövlət mülkiyyətində olan xeyli torpaq yetərincə istifadə olunmur


Dünyada dövlət mülkiyyətində olan xeyli torpaq hələ də yetərincə istifadə olunmamış qalır.

"Report" xəbər verir ki, bunu ABŞ-nin Linkoln Torpaq Siyasəti İnstitutunun baş proqram rəhbəri Enrike Silva Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dövlət əmlakının idarə edilməsi: Şəhər inkişafında torpaq resurslarına əsaslanan strategiya" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu torpaqlar dövlətin prioritetlərindən kənarda saxlanılır və ya strateji resurs kimi deyil, sadəcə inzibati aktivlər kimi idarə olunur:

"Dövlət torpağı inklüziv inkişaf üçün strateji infrastruktur rolunu oynayır. İnstitut son bir neçə ayda "PLACE" (Bütün İcmalar və Ətraf Mühit üçün Dövlət Torpağı - Public Land for All Communities and the Environment)) adlı kampaniyaya başlayıb. Məqsəd dövlət torpaqlarının rolunu artırmaq, hökumətləri və icmaları dövlət torpaqlarında gizli qalan ictimai dəyəri üzə çıxarmaq üçün zəruri alətlər, biliklər, tədqiqatlar və praktiki dəstəklə təmin etməkdir". "PLACE" təşəbbüsünün mərkəzi tezislərindən biri odur ki, dövlət torpaqlarına hökumət aktivlərinin passiv inventarı kimi baxılmamalıdır. Eyni zamanda, bir neçə ictimai rifahı inkişaf etdirməyə qadir olan strateji infrastruktur kimi yanaşılmalıdır. Braziliya artıq bu ideyanı mənimsəyib".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər