Alberto Petrilik: "Peru üçün şəhərsalma sahəsində Bakı nümunəsi maraqlıdır"
Peru üçün şəhərsalma sahəsində Bakı nümunəsi maraqlıdır.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Perunun Çankay şəhərinin merinin müşaviri Alberto Petrilik Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
"Beləliklə, keçmiş təcrübələrdən nəticə çıxararaq, yəni səhvləri təkrarlamadan, əksinə uğurlu nümunələrdən öyrənərək layihələndirilmiş şəhərsalma planına sahib olmaq vacibdir. Bakı nümunəsi də bu baxımdan maraqlı müzakirə mövzusudur. Şəhərin dənizkənarı mövqeyi, sahil xətti və urban inkişaf potensialı onun düzgün planlama ilə daha funksional və dayanıqlı şəhərə çevrilə biləcəyini göstərir. Şəhərsalma yanaşmalarında əsas məqsəd problemləri sonradan həll etmək deyil, onları əvvəlcədən proqnozlaşdırmaq və uyğun həll mexanizmlərini planlama mərhələsində inteqrasiya etmək olmalıdır. Bu xüsusilə su qıtlığı, kanalizasiya sistemi və infrastruktur dayanıqlılığı kimi sahələr üçün vacibdir. Beləliklə, məqsəd reaktiv deyil, proaktiv şəhərsalma modelinə keçməkdir. Bu yanaşma həm təcrübələrdən öyrənməyi, həm də gələcək riskləri əvvəlcədən nəzərə alaraq daha dayanıqlı şəhər mühitinin formalaşdırılmasını təmin edir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Nardaranda BƏDBƏXT HADİSƏ: Hovuzda ayağı su nasosunda qalan uşaq öldü
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
-
Azərbaycanda neçə kişi həyat yoldaşının soyadını götürüb? - STATİSTİKA
-
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər













