Danimarkada yeni hökuməti formalaşdırmaq mümkün olmayıb
Danimarkada Liberal Partiyanın lideri Troels Lund Poulsen yeni hökumətin formalaşdırılması barədə razılığa gələ bilməyib.
"Report"un "Ritzau" agentliyinə istinadən xəbərinə görə, siyasətçi danışıqların uğursuzluğu barədə kral X Frederikə məlumat verəcəyini bildirib.
Liberal Partiyanın lideri müəyyən edilmiş 14 günlük müddət ərzində yeni hökumətin formalaşdırılması barədə razılığa gələ bilməyib. Agentliyin məlumatına görə, Mötədil Partiyanın lideri Lars Lyokke Rasmussen əvvəllər aralarında mümkün razılaşma barədə məlumat verilən "Venstre", Liberal Alyans və Mühafizəkarlar Partiyasından ibarət koalisiyanı dəstəkləməkdən imtina edib.
Troels Lund Poulsenə danışıqlar üçün 14 gün vaxt verilmişdi, lakin bundan əvvəl analoji cəhdi baş nazirin müvəqqəti əvəz edən Mette Frederiksen də uğursuz şəkildə həyata keçirmişdi. O, martın 24-də keçirilən seçkilərdən sonra altı həftə ərzində məsləhətləşmələr aparmışdı. Danimarkada parlament seçkilərindən sonra heç bir blok çoxluq əldə edə bilməyib: sol mərkəzçi blokun 83, sağ mərkəzçi blokun 78, "Mötədillər" Partiyasının isə 14 mandatı var. Koalisiya danışıqları uzun sürən siyasi böhran fonunda davam edir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev Danimarkada işgüzar səfərdədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?
-
Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir
-
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək
-
Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək













