Əminə Ərdoğan: Türk mətbəxi qapısı Türküstandan açılan böyük irs və sivilizasiya xəzinəsidir
Far.Az xəbər saytı

Əminə Ərdoğan: Türk mətbəxi qapısı Türküstandan açılan böyük irs və sivilizasiya xəzinəsidir


Türk mətbəxi qapısı Türküstandan açılan böyük irs və sivilizasiya xəzinəsidir.

"Report"un Türkiyə bürosunun verdiyi məlumata görə, bunu ölkə Prezidentinin xanımı Əminə Ərdoğan Qazinatepdə keçirilən "Türkiyənin Qastrodiplomatika Modeli: Süfrə və İrs" proqramında vidomüraciətində bildirib.

Ə.Ərdoğan qeyd edib ki, türk mətbəxi ənənələrini yeni nəsillərə ötürən canlı miras olaraq qalmaqdadır. Onun fikrincə, doğmalıq, ünsiyyət, məna, mədəniyyət, ailə və dəyərlər toplumu olan türk süfrələri bu səbəbdən yalnız ləzzət təqdim etmir: "Həm də gələcəyimizi birbaşa təhdid edən bir çox çətinliklərlə, məsələn, iqlim dəyişikliyi, qlobal aclıq və yerli kimliklərin itirilməsi ilə qarşılaşdığımız bir mərhələdə Türk mətbəxi sağlam reseptləri, sıfır tullantı yanaşması və davamlı, ekoloji cəhətdən təmiz istehsal üsulları ilə bəşəriyyətə həllər və ümid təqdim edir".

O, bildirib ki, türk kulinariyasının zənginliyi və ənənələri qərəzləri azaldır, sülh mədəniyyətinin təbliğ edir: "Türk mətbəxi tarixin ən qədim arxivlərindən biridir, geniş mədəniyyət dəryası və sivilizasiya xəzinəsidir. Bu böyük irs Anadoluda kök salıb və əsrlər boyu Osmanlı torpaqlarının hər yerinə yayılıb. Arzum budur ki, Türk mətbəxi təkcə dad-ləzzətləri ilə deyil, həm də təcəssüm etdirdiyi müdriklik və insani dəyərlərə görə dünyada layiq olduğu şəkildə kəşf edilsin. Anadolunun ruhu dünyanın hər yerinə çatsın, türk qastronomiyasının qədim xəzinələri bəşəriyyətə sağlamlıq, sülh və rifah gətirsin".

Qeyd edək ki, Ə.Ərdoğanın himayəsi altında Türkiyədə 2022-ci ildən bəri beynəlxalq media nümayəndələrinin də iştirakı ilə "Türk Mətbəxi Həftəsi" keçirlir. Bu il 21-27 mayda Türkiyənin Prezident Adminstrasiyası yanında Kommunikasiya İdarəsi tərəfindən təşkil edilən proqrama müxtəlif ölkələrdən mütəxəssislər qatılıb. Proqramda Qaziantepin zəngin qastronomik irsinə və türk süfrə ənənələrinə yönəlmiş panel sessiyası, kulinariya seminarları, mədəni səfərlər və sahə təcrübələri olub.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər