Almaniyada iş və təhsil adı ilə DƏLƏDUZLUQ: Azərbaycanlılar necə aldadılıblar?
Far.Az xəbər saytı

Almaniyada iş və təhsil adı ilə DƏLƏDUZLUQ: Azərbaycanlılar necə aldadılıblar?


Yüksəkmaaşlı iş imkanı, eyni zamanda təhsil və viza dəstəyi... İlk baxışda diqqəti çəkən bu elanlar sonradan çox insanı peşman edir. Bu dəfə isə bənzər iddialar "Alman klubu" adlı sosial şəbəkə hesabı ilə bağlı səslənib.

Baku TV-nin qaynar xəttinə müraciət edən Sənan Mustafazadə deyir ki, Almaniyada iş və təhsillə bağlı ondan külli miqdarda pul alınıb, amma vəd olunan xidmət göstərilməyib.

"Bizə Almaniyada çörək və şirniyyat sahəsi üzrə üçillik peşə təhsili təklif etdilər. Onlayn fəaliyyət göstərdiklərini və fiziki ünvanlarının olmadığını bildirdilər. Mən və yoldaşım üçün 3 600 AZN ödədik. Bir neçə ay keçdi və bizə "WhatsApp" üzərindən müqavilə göndərdilər. Müqavilədə göstərilən ixtisas qəssab idi. Bir qadın üçün qəssab işi tapıblar. Halbuki razılaşmamız belə deyildi. Bizə yalan vədlər verilib, icazəmiz olmadan istəmədiyimiz sahə üzrə müraciət edib, qəbul alıblar. Bizi hədələdilər ki, qalan ödənişi edin, yoxsa sizi məhkəməyə verəcəyik", - deyə şikayətçi bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər