"Axios": Tramp İrana yeni zərbələrin endirilməsinə meyllidir
Far.Az xəbər saytı

"Axios": Tramp İrana yeni zərbələrin endirilməsinə meyllidir


ABŞ Prezidenti Donald Tramp danışıqların gedişatında ümidsizlik fonunda İrana yeni zərbələrin endirilməsinə meyllidir.

"Report" xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti cümə günü səhər vitse-prezident Cey Di Vens, Pentaqon rəhbəri Pit Heqset, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və administrasiyanın digər rəsmiləri ilə görüş keçirib. Görüş zamanı Trampa danışıqların gedişatı və uğursuzluqla nəticələnəcəyi təqdirdə mümkün ssenarilər barədə məlumat verilib.

Məlumata görə, son günlər ABŞ Prezidenti danışıqların gedişatından getdikcə daha çox məyus olur.

Qeyd edilir ki, Tramp çərşənbə axşamı İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında diplomatiyaya daha bir şans vermək istəyini ifadə edib, lakin cümə axşamına qədər zərbə endirməyə meylli olub.

"Trampa yaxın bir mənbə bildirib ki, Prezident son, həlledici böyük hərbi əməliyyatın mümkünlüyündən bəhs edib və onun nəticəsinə əsasən qələbəni elan edərək müharibəyə son qoya biləcəyini deyib", - portal yazır.

"Axios"un mənbələrinin məlumatına görə, Tramp daha çox zərbə endirməyi ciddi şəkildə nəzərdən keçirir, bu isə son anda diplomatik irəliləyiş ehtimalını istisna edə bilər.

Oxşar xəbərlər

Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Bu günün valyuta məzənnələri
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər