WUF13 Bakını qlobal şəhərsalma siyasətinin əsas platformasına çevirdi
Bakı bu dəfə dünyanın urbanizasiya, mənzil təhlükəsizliyi və dayanıqlı inkişaf üzrə əsas siyasi dialoq məkanlarından birinə çevrildi. 176 ölkədən 57 mindən çox iştirakçının qatıldığı Forum həm miqyasına, həm də qəbul edilən qərarlara görə əvvəlkilərdən fərqləndi.
Yəni WUF13 Bakı tarixində bir ilkə imza atdı. Ən diqqətçəkən məqamlardan biri isə şəhərsalma mövzusunun ilk dəfə sırf texniki müzakirələrdən çıxaraq siyasi liderlər səviyyəsinə daşınması oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Liderlərin Bəyanatları Sessiyası qlobal urbanizasiya gündəliyinə yeni format gətirdi. Bu yanaşma isə şəhərlərin gələcəyinin artıq yalnız memarlıq və infrastruktur məsələsi deyil, təhlükəsizlikdən iqtisadiyyata, iqlimdən sosial sabitliyə qədər geniş strateji mövzu olduğunu göstərdi. Forum zamanı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma siyasəti də xüsusilə diqqət mərkəzində idi.
İşğaldan azad edilmiş ərazilərdə qurulan yeni yaşayış məntəqələri, "Ağıllı şəhər" və "Ağıllı kənd" modelləri, ekoloji yanaşmalar beynəlxalq iştirakçılar tərəfindən müasir bərpa nümunəsi kimi qiymətləndirildi. Əslində, Bakı Forumu göstərdi ki, Azərbaycan dağıdılmış əraziləri, sadəcə, bərpa etmir, eyni zamanda gələcəyin şəhər modelini qurmağa çalışır. WUF13 çərçivəsində qəbul edilən "Bakı Fəaliyyətə Çağırış" sənədi isə Forumun əsas siyasi nəticəsi hesab olunur. Sənəddə mənzil böhranı, iqlim riskləri və dayanıqlı şəhər inkişafı ilə bağlı çağırışların artıq praktik addımlara çevrilməsinin vacibliyi vurğulanır. Bu isə göstərir ki, Bakı, sadəcə, ev sahibi deyil, həm də qlobal gündəliyin formalaşmasına töhfə verən aktor kimi çıxış edir. Forumun digər mühüm tərəfi Azərbaycanın beynəlxalq platformalar üçün etibarlı tərəfdaş imicinin daha da möhkəmlənməsi oldu.
COP29-dan sonra WUF13-ün də yüksək səviyyədə təşkili Bakının qlobal tədbirlərin keçirilməsi üçün strateji mərkəzə çevrildiyini nümayiş etdirdi. Diqqətçəkən başqa bir məqam isə erməni dairələrinin Azərbaycana qarşı yaratmağa çalışdığı informasiya kampaniyalarının bu Forum fonunda təsirsiz qalmasıdır. Beynəlxalq nümayəndələr azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini postmünaqişə bərpası üçün mühüm model kimi qiymətləndirdilər. Beləliklə, WUF13 yalnız şəhərlərlə bağlı Forum kimi yadda qalmadı. Bakı bu platforma vasitəsilə həm qlobal əməkdaşlıq mesajı verdi, həm də Azərbaycanın yeni inkişaf modelini dünyaya təqdim etdi.
Oxşar xəbərlər
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Qarabağ" mövsümü qələbə ilə başa vurub
-
Dünyanın 103 ölkəsindən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
-
Qurbanlıq heyvanların satışı və kəsiminə nəzarət gücləndirilir
-
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib
-
Azərbaycanın postmünaqişə bərpası sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəklənib
-
Tramp: FES-in yeni rəhbəri tamamilə müstəqil olmalıdır













