Dosent: "Bakı inkişaf etməkdə olan Cənub şəhərinin real nümunəsidir"
Bakı postsovet və yaxud postkommunist şəhərlərdən birindən inkişaf etməkdə olan Cənub şəhərlərinə çevrilməsinin real nümunəsidir.
"Far.Az" xəbər verir ki, bunu "ADA" Universitetinin dosenti Anar Vəliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycan: Sağlam Evlərin Nəbzi" adlı tədbirdə bildirib.
"Azərbaycanın son 30 ildə qazandığı təcrübə bizim hər zaman hansısa bir nümunə tapmağa çalışdığımızı göstərib. Beləliklə, biz müstəqillik qazananda, müəyyən inkişaf modellərinə baxmağa çalışdıq. Və bu bənzəmə modellərindən biri çox vaxt Dubay olurdu. Niyə Dubay? Çünki Dubay ən sürətlə böyüyən şəhərlərdən biri idi. 30 il ərzində o, dünyanın ən böyük, mən deyərdim ki, qlobal şəhərlərindən birinə çevrildi. Elə buna görə də Dubay modeli təkcə bizim üçün, xüsusən də Bakı üçün deyil, həm də keçmiş Sovet İttifaqı respublikalarının bir çox şəhərləri üçün cəlbedici idi. Lakin sonradan bəlli oldu ki, Dubay modeli və ya bənzəməyə çalışdığımız hər hansı digər model - London, Praqa, Varşava və ya digərləri - bizim mühitdə işləmir. Bu, bizim bunu edə bilməyəcəyimiz üçün deyil, yerli xüsusiyyətlərin tamamilə fərqli olması səbəbindəndir.
Beləliklə, bu möhtəşəm binaların inkişafına, imic xarakterli tikililərə, nəhəng konstruksiyalara və obyektlərə bənzəməyə çalışılan uzun illərdən sonra biz şəhərin daxilində hansısa bir kimlik tapmağa yönəldik. Daha çox orijinal, fərqli bir şey haqqında düşünməyə başladıq. Elə buna görə də, hazırda şəhərə baxdıqda binaların müxtəlifliyini görə bilərsiniz. Siz göydələnləri, bu cür həqiqətən möhtəşəm binaları görə bilərsiniz, lakin eyni zamanda, şəhərin mərkəzində inkişafa yanaşmanın daha orijinal, fərqli olduğunu görərsiniz. Bir çox inkişaf etmiş ölkələrdə gördüyümüz o möhtəşəm binalara bənzəməyə çalışmaqdansa, inkişafa milli kimliyə əsaslanan nəsə gətirməyə çalışılır", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Bakıdan Tbilisiyə qatarlar bərpa olunur? - RƏSMİ
-
ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb
-
II Liqanın qalibi olan "Xankəndi" I Liqaya yüksəlib
-
Serjio Maqalyaynş: "Latın Amerikasında maliyyə çatışmazlığı iqlim hədəflərinə çatmağa mane olur"













