Yeniyetmə voleybolçuların təlim-məşq prosesinin növbəti mərhələsi Şəkidə baş tutub
Voleybol üzrə aşağı yaş qrupları üzrə oğlanlardan ibarət millilərin formalaşdırılması məqsədilə təşkil olunan seleksiya düşərgəsi davam edir.
"Far.Az" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, mayın 4-də Abşeron Olimpiya İdman Kompleksində start götürən hazırlıq prosesinin növbəti mərhələsi 18–24 mayda Şəki Olimpiya İdman Kompleksində baş tutub.
Yeniyetmə və gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyyed Abbasinin rəhbərliyi altında təşkil olunan düşərgəyə ölkə üzrə aparılmış seleksiya nəticəsində seçilmiş 2010, 2011 və 2012-ci il təvəllüdlü idmançılar cəlb olunublar.
14 yaşadək oğlan voleybolçular üçün nəzərdə tutulan təlim-məşq toplanışı 2 qrup üzrə aparılıb. Hazırlıq müddətində 2010–2011 və 2012-ci il təvəllüdlü idmançılar ayrı-ayrı qruplarda məşq prosesinə qatılıblar.
Ümumilikdə 25 idmançının iştirak etdiyi toplanışda voleybolçuların həm fiziki, həm də texniki-taktiki hazırlığının artırılması məqsədilə məşqlər təşkil olunub. Şəki şəhərindəki mərhələ uğurla başa çatıb.
Qeyd edək ki, düşərgənin iyun ayınadək Abşeron Olimpiya İdman Kompleksində davam etdirilməsi nəzərdə tutulur. Toplanış müddətində özünü fərqləndirən idmançıların müvafiq yaş qrupları üzrə milli komandalara cəlb olunması planlaşdırılır.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"CBS": Tramp Körfəz liderləri ilə İran məsələsini müzakirə edəcək
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Karakasda ABŞ səfirliyini qorumaq üçün təlimlər keçirilib
-
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
-
Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək
-
Abbas Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək













