Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
Far.Az xəbər saytı

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb


Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Qaladərəsi kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Böyük Qaladərəsi kəndinə 14 ailə (64 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqları işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Oxşar xəbərlər

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
İşğaldan azad edilən ərazilərə daha 80 ailə köçürülüb
Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər