ABŞ-də Baltikyanı ölkələr "ən təhlükəli bölgə" adlandırıldı
Far.Az xəbər saytı

ABŞ-də Baltikyanı ölkələr "ən təhlükəli bölgə" adlandırıldı


Kolumbiya Universitetinin professoru Ceffri Saks Baltikyanı ölkələri hazırda dünyanın ən təhlükəli bölgəsi adlandırıb.

Far.Az xəbər verir ki, o, bu fikirləri "YouTube" kanalına müsahibəsində səsləndirib.

Professor bildirib ki, Baltikyanı ölkələrdə Rusiyaya qarşı nifrət və müharibə çağırışları açıq şəkildə hiss olunur.

"Baltikyanı ölkələr hazırda bəlkə də planetin ən təhlükəli yeridir. Orada sözün əsl mənasında müharibə, qisas və Rusiyaya nifrət tələb olunur", – deyə Saks vurğulayıb.

Onun sözlərinə görə, Baltikyanı ölkələrdəki rusofobiya, Ukraynadakı vəziyyət, Almaniyanın yenidən silahlanma ilə bağlı açıqlamaları və Fransa ilə Böyük Britaniyanın siyasəti böyük fəlakət riski yaradır.

Ekspert hesab edir ki, Ukrayna Avropada gərginliyin artmasına çalışır. O bildirib ki, Kiyev Rusiyaya qarşı təkbaşına mübarizə apara bilmədiyi üçün Avropa ölkələrini münaqişəyə cəlb etməyə çalışır.

Saks əlavə edib ki, Ukrayna Avropanın müharibəyə qoşulacağı halda ABŞ-nin də prosesə daxil olacağına ümid edir.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər