Şirniyyat asılılığından qurtulmağın YOLLARI
Şirniyyata həddindən artıq meyl xəstəlik deyil, vərdişdir.
BAKU.WS xəbər verir ki, bu fikirləri dietoloq və endokrinoloq Yelizaveta Zolotova səsləndirib.
Mütəxəssisin sözlərinə görə, qlükoza insan orqanizmi üçün əsas enerji mənbəyidir və şirniyyata meyl tamamilə təbii hesab olunur. Lakin şəkərin həddindən artıq qəbulu beyində həzz hormonlarının ifrazını artırır və zamanla bu, idarəolunmayan vərdişə çevrilə bilər.
Həkim bildirib ki, stress, yuxusuzluq, hormonal problemlər, həmçinin dəmir və B vitamini çatışmazlığı insanın şirniyyata daha çox meyl etməsinə səbəb olur.
Onun sözlərinə görə, şəkərdən birdəfəlik və sərt şəkildə imtina etmək düzgün yanaşma deyil. Bunun əvəzinə qidalanma rejimini tənzimləmək, uzun müddət ac qalmamaq və səhər yeməyini ötürməmək tövsiyə olunur.
Mütəxəssis həmçinin südlü şokolad əvəzinə tünd şokolada üstünlük verilməsini, meyvə və çərəzlərin rasiona əlavə edilməsini məsləhət görüb.
Yelizaveta Zolotova qeyd edib ki, şirniyyata nəzarətsiz meyl artıq çəki, prediabet və digər sağlamlıq problemlərinə səbəb olursa, mütləq həkimə müraciət etmək lazımdır.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













