ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara qarşı yönəlmiş növbəti fişinq (smishing) kampaniyası aşkarlayıb.
BAKU.WS xəbər verir ki, aparılan monitorinqlər nəticəsində kiberdələduzların "Azərpoçt" MMC-nin adından sui-istifadə etdiyi müəyyən olunub. Belə ki, dələduzlar vətəndaşlara SMS mesajlar göndərərək onları fərdi və maliyyə məlumatlarını ələ keçirmək məqsədi daşıyan saxta https://azerpost.389159.com.az veb-səhifəsinə yönləndirirlər.
Bununla əlaqədar ETX vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən SMS mesajlarındakı keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını şübhəli linklər vasitəsilə paylaşmamağı tövsiyə edir.
Eyni zamanda, göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən – "Azərpoçt"un – "169" Çağrı mərkəzi və ETX-nin qaynar xətti – "1654", eləcə də hər iki qurumun rəsmi sosial media hesablarına müraciət edərək bildirməyi tövsiyə edir.
Oxşar xəbərlər
DSX ötən ay 6,5 milyon manatlıq qaçaqmal aşkarlayıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Dələduzlar qızdan görün necə pul almağa çalışdılar - Heç kimin ağlına gəlməzdi...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb













