Amerikalı ekspert: Bakı WUF forumlarının səviyyəsini çox yüksəyə qaldırıb
Far.Az xəbər saytı

Amerikalı ekspert: Bakı WUF forumlarının səviyyəsini çox yüksəyə qaldırıb


Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) şəhərsalma və davamlı inkişaf məsələlərinin müzakirəsinə həsr olunmuş ən böyük tədbir oldu.

Bu barədə "Far.Az"a amerikalı politoloq, Cənub-Şərqi Viskonsində (ABŞ) Mərkəzi Asiya Məhsuldarlığı Araşdırma Mərkəzinin (CAPRC) regional koordinatoru Piter Teys bəyan edib.

Ekspert xatırladıb ki, WUF13 "tarixdə ən böyük şəhərsalma forumu olub".

O, Bakıda şəhərsalma və davamlı inkişaf sahəsində son dərəcə vacib məsələlərin müzakirə edildiyini vurğulayıb.

"Mətbuatda işıqlandırılan məlumatlara və forumun zəngin proqramına əsasən, iştirakçılar Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində müzakirə olunan mövzu və məsələlərdən əhəmiyyətli dərəcədə faydalanıblar. Şəhər inkişafı davamlı iqtisadi siyasətin formalaşdırılmasının, ətraf mühitin qorunmasının və sağlam həyat tərzinin təşviqinin əsas elementidir. Bakı özünü beynəlxalq ictimaiyyətə BMT ilə birgə təşkil edilmiş ən mühüm beynəlxalq forumlardan birinə ev sahibliyi edən müasir və dinamik inkişafa malik bir şəhər kimi təqdim etdi. Azərbaycan paytaxtı çoxsaylı hökumət nümayəndə heyətlərini və beynəlxalq təşkilatların nümayəndələrini layiqincə qəbul etdi", - o bildirib.

Teysin sözlərinə görə, 2028-ci ildə Mexikoda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu, şübhəsiz, Bakının təşkilatçılıq, logistika və infrastruktur məsələlərində müəyyən etdiyi yüksək səviyyə ilə üzləşəcək.

"WUF13 Prezident İlham Əliyevin liderliyini, həmçinin Azərbaycan hökumətinin səmərəli fəaliyyətini və məqsədyönlülüyünü bariz şəkildə nümayiş etdirən təsirli qlobal platforma oldu", - ekspert vurğulayıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər