Azərbaycanın turizm potensialı Çində tanıdılır
Dövlət Turizm Agentliyi yan;nda Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı və "Azərbaycan Hava Yolları" QSC (AZAL) daxil olmaqla 6 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Çinin Sian, Şanxay və Pekin şəhərlərində silsilə tanıtım tədbirləri keçirilir.
"Far.Az" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, ATB 26-28 mayda Şanxayda təşkil olunan "ITB China 2026" beynəlxalq turizm sərgisində AZAL və 10 yerli turizm sənayesi nümayəndəsi ilə birlikdə milli stendlə təmsil olunur.
Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən silsilə tədbirlər və "ITB China 2026" sərgisi B2B görüşlər, şəbəkələşmə və yeni əməkdaşlıq imkanlarının yaradılması, eləcə də Azərbaycanın inkişaf edən işgüzar turizm (MICE) potensialının beynəlxalq turizm peşəkarlarına təqdim olunması baxımından mühüm platforma rolunu oynayır.
"ITB China 2026" sərgisi çərçivəsində aparıcı onlayn səyahət platformalarından biri olan "Trip.com" Azərbaycan; "Must-Visit Destination 2026" ("2026-cı ilin mütləq ziyarət edilməli turizm istiqaməti") mükafatına layiq görüb. Mükafat Agentliyin sədri Fuad Nağıyevə təqdim olunub.
Səfər çərçivəsində ATB ilə Çinin aparıcı onlayn səyahət və rezervasiya platformalarından biri "Tongcheng Travel" arasında Azərbaycanın Çin bazarında tanıtımının gücləndirilməsi və ölkənin çinli turistlər üçün ilboyu cəlbedici turizm istiqaməti kimi təşviqini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Çin və Azərbaycan vətəndaşları üçün tətbiq olunan qarşılıqlı vizasız rejim, eləcə də AZAL və "China Southern Airlines"ın Bakıdan Pekin və Urumçi şəhərlərinə həyata keçirdiyi birbaşa uçuşlar iki ölkə arasında turizm əlaqələrinin inkişafına şərait yaradır.
Bu ilin yanvar-aprel aylarında Çindən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 % artaraq 14 303 nəfər təşkil edib.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Lu Mey Bakı və Pekinin əməkdaşlıq prioritetləri barədə: Orta Dəhliz, yaşıl enerji və süni intellekt – MÜSAHİBƏ
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
-
Çapayevdə nəqliyyatın hərəkəti iflic olub
-
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi
-
Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq
-
Buraxılış imtahanında maksimum nəticə: 300 bal toplayan şagirdlər açıqlandı
-
Alyona Əliyeva: "Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram"













