Qiyməti əl yandıran bu çiyələk zərərlidir?
Son günlər sosial şəbəkələrdə reklamı geniş yayılan ağ rəngli çiyələk diqqət çəkir.
Dadının qırmızı çiyələkdən fərqləndiyi deyilən bu məhsulun bağlaması paytaxtdakı bəzi marketlərdə 49 manata satılır.
Baku TV-nin xəbərinə görə, Vətəndaşların bir çoxu ağ çiyələyin geni dəyişdirilmiş məhsul olduğunu düşünür.
Satıcıların sözlərinə görə, bu məhsula qış aylarında daha çox tələbat olur. Lakin dadı qırmızı çiyələk qədər yaxşı deyil.
Alimlər bildirirlər ki, bu növ müxtəlif çiyələk sortlarının seleksiya və hibridləşdirilməsi nəticəsində əldə olunub. Ağ rəng isə çiyələyə qırmızı rəng verən genin olmaması ilə bağlıdır.
Qida mütəxəssisləri qeyd edirlər ki, ağ çiyələk də digər çiyələk növləri kimi allergiya yarada bilər. Xüsusilə qırmızı çiyələyə allergiyası olan şəxslərə ehtiyatlı olmaq tövsiyə edilir. Həmçinin məhsulun düzgün şəraitdə yetişdirilməsi və saxlanılması vacib hesab olunur.
Mütəxəssislər hamilə və süd verən qadınlara, azyaşlılara, yaşlı insanlara və xroniki xəstəliyi olanlara bu məhsulu yalnız etibarlı mənbələrdən almağı və az miqdarda istifadə etməyi məsləhət görürlər.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə - Şəki SƏFƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Yaqub: Əfqanıstan ərazisi İrana hücumlar üçün istifadə olunmayacaq
-
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
-
Azərbaycanın çimərlik güləşi millisi Avropa çempionu olub
-
Macarıstanın Baş naziri Brüsseldə NATO və AK rəhbərləri ilə görüşəcək
-
"Kristal Pelas" UEFA Konfrans Liqasının qalibi olub
-
Ceyhun Bayramov: Azərbaycan beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır













