Efendiler Group Qurban Bayramı münasibətilə 100 aztəminatlı ailəyə yardım göstərdi
Far.Az xəbər saytı

Efendiler Group Qurban Bayramı münasibətilə 100 aztəminatlı ailəyə yardım göstərdi


Qurban Bayramı münasibətilə Efendiler Group sosial məsuliyyət təşəbbüsü çərçivəsində 100 aztəminatlı ailəyə bayram yardımı təqdim edib.

Layihə çərçivəsində ehtiyacı olan ailələrə ümumilikdə: • 1.2 ton qoç əti • 500 kq düyü • 500 kq qarabaşaq • 200 litr günəbaxan yağı paylanılıb.

Efendiler Group üçün bu təşəbbüs yalnız bayram yardımı deyil, həm də paylaşmaq, dəstək olmaq və cəmiyyətə fayda vermək missiyasının bir hissəsidir. Şirkət hesab edir ki, Qurban Bayramının əsas mənəvi dəyərlərindən biri mərhəmət, birlik və yardımlaşmadır.

Efendiler Group tərəfindən bildirilib:

"Qurban Bayramı paylaşmağın, birliyin və insanlara dəstək olmağın ən gözəl simvollarından biridir. Biz inanırıq ki, paylaşdıqca bərəkət artır. Bu təşəbbüslə 100 ailənin bayram sevincinə kiçik də olsa töhfə vermək bizim üçün böyük mənəvi dəyər daşıyır." Efendiler Group gələcəkdə də sosial məsuliyyət layihələrini davam etdirməyi, cəmiyyətin müxtəlif təbəqələrinə dəstək olmağı və xeyriyyə təşəbbüslərini genişləndirməyi planlaşdırır.

Qurban Bayramınız mübarək!

Efendiler Group, Paylaşdıqca bərəkət artır.

Oxşar xəbərlər

Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Cəbrayılda "Qurban Yarmarkası – Bərəkət Festivalı" keçirildi
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər