Novxanıda günlərdir yola axan su ilə bağlı ADSEA-dan AÇIQLAMA
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Novxanıda yola axan su ilə bağlı açıqlama verib.
Qurumdan BAKU.WS-ə bildirilib ki, sözügedən ərazidə müşahidə olunan su axıntısı içməli su deyil və axan sular qrunt sularıdır:
"Həmin ərazidə müşahidə olunan su axıntısı içməli su deyil. Axan sular qrunt sularıdır və güclü yağışlardan sonra onların həcmi təbii olaraq artır. Ərazidə tullantı su şəbəkəsi, eləcə də yağış drenaj xətləri mövcud deyil.
Bakının Baş Planına uyğun olaraq, infrastrukturun qurulması məqsədilə bu kimi ərazilərdə mərhələli şəkildə işlər həyata keçirilir".
*** 18:20
Abşeronda içməli su günlərdir yola axır.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Qeyd edilib ki, rayonun Novxanı bağlar massivində beşinci dalan, Qaçaq Nəbi küçəsində günlərdir içməli su yolboyu axıb gedir.
Nəticədə yolun asfalt örtüyü dağılır, eyni zamanda sakinlərin evlərinə və həyətlərinə su dolur.
Vəziyyətdən narazı olan sakinlər bu haldan bezdiklərini qeyd ediblər.
Şikayətçilər bununla bağlı tədbir görülməsini, yolboyu axan suyun mənbəyinin tapılaraq problemin qarşısının alınmasını istəyirlər.
Sözügedən ərazidən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Novxanı sakinləri ŞİKAYƏTÇİDİR - İçməli su günlərdir yola axır
FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 42 nəfər təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Yaqub: Əfqanıstan ərazisi İrana hücumlar üçün istifadə olunmayacaq
-
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
-
Azərbaycanın çimərlik güləşi millisi Avropa çempionu olub
-
Macarıstanın Baş naziri Brüsseldə NATO və AK rəhbərləri ilə görüşəcək
-
"Kristal Pelas" UEFA Konfrans Liqasının qalibi olub
-
Ceyhun Bayramov: Azərbaycan beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır













