ABŞ-nin bir sıra şəhər və ştatlarında Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamələr verilib
Far.Az xəbər saytı

ABŞ-nin bir sıra şəhər və ştatlarında Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamələr verilib


Amerika Birləşmiş Ştatlarının müxtəlif şəhər və ştatlarında 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə bəyannamələr verilib.

Bu barədə "Far.Az"a Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyindən məlumat verilib.

Vaşinqton şəhərinin meri Muriyel Bauser, Merilend ştatının qubernatoru Ves Mur, Texas ştatının Hyuston şəhərinin meri Con Vitmayr, Florida ştatının Hallandeyl Biç şəhərinin meri Coy Kuper, Florida ştatının Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava, Pensilvaniya ştatının Oyl Siti şəhərinin meri Con Klak, eləcə də Nyu York Ştat Assambleyasının üzvü Alek Bruk-Krasnı tərəfindən imzalanmış bəyannamələrdə Azərbaycan xalqının tarixi irsi, ABŞ-də azərbaycanlı icmasının fəaliyyəti və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının əhəmiyyəti vurğulanıb.

Bəyannamələrdə qeyd olunub ki, Azərbaycan Demokratik Respublikası 1918-ci ildə müsəlman Şərqində ilk parlamentli demokratik respublika kimi tarixə düşüb, qadınlara seçki hüququ verən ilk dövlətlərdən biri olub. Sənədlərdə həmçinin Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və xalqlararası münasibətlərin inkişafı xüsusi qeyd edilib.

Hyuston və Oyl Siti tərəfindən qəbul olunan bəyannamələrdə Bakı ilə qardaşlaşmış şəhər münasibətləri, enerji sahəsində tarixi əlaqələr və mədəni əməkdaşlıq ön plana çəkilib. Vaşinqton, Merilend və Nyu York tərəfindən yayımlanan bəyannamələrdə isə ABŞ-də yaşayan azərbaycanlı icmasının Amerika cəmiyyətinin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib.

Hallandeyl Biç və Mayami-Deyd dairəsinin rəhbərliyi öz sənədlərində Azərbaycan-Amerika icmasının Florida ştatında mədəni müxtəlifliyin, qarşılıqlı anlaşmanın və ictimai fəallığın gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Oxşar xəbərlər

Bolt Accelerator Demo Day: Azərbaycanda innovasiya və sahibkarlığı dəstəkləyən final təqdimatı uğurla başa çatdı
Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər