IMF: Azərbaycana qeyri-neft ÜDM-in 1,2–1,6 %-i həcmində illik büdcə tənzimləmələri lazımdır
Azərbaycanda ortamüddətli fiskal konsolidasiyanın aparılması nəsillərarası bərabərliyin qorunması və xarici dayanıqlığın möhkəmləndirilməsi baxımından hələ də məqsədəuyğun hesab olunur.
"Report" Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatına istinadən xəbər verir ki, qeyri-neft sahəsi üzrə ilkin balansın (NOPD) qeyri-neft ümumi daxili məhsulun (ÜDM) 6-6,5 % səviyyəsində kəsirə endirilməsi gələcək nəsillər üçün real annuitetin sabit həcminin saxlanılmasına şərait yaradardı.
"Bu hədəfə təqribən 10 illik müddət ərzində çatmaq üçün 2026-cı ildən etibarən hər il qeyri-neft ÜDM-nin 1,2-1,6 %-i miqdarında fiskal tənzimləmələrin həyata keçirilməsi zəruridir. Konsolidasiyanın bu cür sürəti hökumətin təsdiqlədiyi və 2029-cu ilədək hədəf göstəricinin qeyri-neft ÜDM-nin 13 %-i səviyyəsinə çatdırılmasını nəzərdə tutan sərt fiskal qaydaya uyğundur", - hesabatda vurğulanıb.
Eyni zamanda, IMF mütəxəssisləri bu qiymətləndirmələrin ciddi qeyri-müəyyənliklərə məruz qaldığını bildiriblər.
"Belə konsolidasiya tempinin tətbiqi onu göstərir ki, karbohidrogen qiymətlərinin büdcə proqnozlarında və ortamüddətli vergi-büdcə siyasətində gözləniləndən yuxarı olması sayəsində formalaşan əlavə gəlirlər yığım fonduna yönləndiriləcək. Dövlət borcunun ÜDM-ə nisbətinin mövcud aşağı səviyyəsi ilə yanaşı, nəzərdə tutulan konsolidasiya ümumi suveren stress riskinin azaldılmasına və xarici dayanıqlığın təmin olunmasına töhfə verəcək", - hesabatda bildirilib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
-
ÜST rəhbəri: Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq
-
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
-
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək
-
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub













