IMF: Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan Mərkəzi Bankına (AMB) xaricdən gətirilən ərzaq məhsullarının bahalaşmasından yaranan inflyasiya təzyiqinin güclənməsi davam etdiyi halda, uçot dərəcəsinin artırılması imkanını nəzərdən keçirməyi tövsiyə edir.
"Report" IMF-ə istinadən xəbər verir ki, hazırkı uçot dərəcəsinin indiki səviyyədə qorunub saxlanması daxili tələbin gözlənilən normallaşma prosesi və proqnoz müddəti ərzində buraxılış fərqinin daralması ilə üst-üstə düşür.
"2026-cı ildə ümumi inflyasiyanın proqnozlaşdırılan yüksəlişi başlıca olaraq ərzaq qiymətlərinə təsir edən xarici amillərlə əlaqədardır, bununla yanaşı 2027-ci ilin sonunadək qiymət artım templərinin hədəf dəhlizinin orta həddinə yaxınlaşacağı gözlənilir. Bununla belə, artan xarici qeyri-müəyyənliyi, neytral dərəcənin hesablanmasındakı qeyri-dəqiqlikləri (IMF ekspertləri onu təxminən 2,25 % səviyyəsində qiymətləndirir ki, bu da cari real uçot dərəcəsini müəyyən qədər üstələyir), eləcə də monetar siyasətin transmissiya mexanizminin hələlik tam formalaşmadığını nəzərə alaraq, AMB gözlənilməz inflyasiya sıçrayışlarına qətiyyətli cavab verməyə hazır olmalıdır. Xüsusən, Yaxın Şərq münaqişəsi fonunda qlobal xammal qiymətlərinin ciddi bahalaşması inflyasiyanın AMB-nin hədəf diapazonunu əhəmiyyətli dərəcədə aşmasına gətirib çıxara bilər", - fondun analitikləri qeyd ediblər.
Qeyd edək ki, IMF Azərbaycanda orta illik inflyasiyanı 2026-cı ildə 6 %, 2027-ci ildə 4,2 %, 2028-ci ildə 4,1 % səviyyəsində gözləyir, 2029-2031-ci illər ərzində isə göstərici ildə 4 % səviyyəsində qalacaq.
Azərbaycanda 2025-ci ilin sonuna orta illik inflyasiya göstəricisi bir il əvvəlki 2,2 %-lə müqayisədə 5,6 %-ə çatıb.
Azərbaycan İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Mərkəzi Bankın 2026-cı ilin fevralında açıqlanan son proqnozuna əsasən, cari ildə illik inflyasiya 5,5 %, 2027-ci ildə isə 4 % səviyyəsində gözlənilir.
Oxşar xəbərlər
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
-
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
-
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək
-
Muxtar Babayev BMT baş katibinin müavini ilə iqlim məsələlərini müzakirə edib
-
ÜST rəhbəri: Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq













