Uşakov: Aİİ-ə üzv olan 4 ölkənin liderləri Ermənistan barədə bəyanat qəbul ediblər
Far.Az xəbər saytı

Uşakov: Aİİ-ə üzv olan 4 ölkənin liderləri Ermənistan barədə bəyanat qəbul ediblər


Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın liderləri Ermənistan barədə bəyanat qəbul edib.

"Far.Az"un məlumatına görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov İrəvanın Avropa İttifaqına (Aİ) üzv olmaq planları ilə bağlı suallara cavab verərkən jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bəyanat Astanada Ali Avrasiya İqtisadi Şurasının iclasında dörd lider tərəfindən qəbul edilib.

Y.Uşakov konkret təfərrüatları açıqlamayıb, bəyanatın iclasda iştirak edən Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryana təqdim edildiyini vurğulayıb.

Rusiya Prezidentinin köməkçisi Ermənistanın mövqeyi ətrafındakı vəziyyətin Aİİ sammiti zamanı müzakirə olunduğunu qeyd edib.

Oxşar xəbərlər

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər