İçərişəhərdə Qarabağ mədəniyyətinə həsr edilmiş festival təşkil olunub
Mayın 29-da Bakıda Qoşa Qala Meydanında "Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi" adlı genişmiqyaslı festivalın açılış mərasimi olub.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Qarabağın zəngin mədəniyyəti, tarixi geyimləri və bu bölgənin müxtəlif rayonlarının milli mətbəx nümunələri nümayiş etdirilib.
Festival Mədəniyyət Nazirliyinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Qarabağın Azərbaycanın milli yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq, bu cür festivalların mədəni irsin qorunması və onun gələcək nəsillərə ötürülməsi baxımından vacibliyini qeyd edib.
"Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin baş katibi Aysel Tahirova deyib ki, festivalın əsas ideyası Qarabağın hər bir rayonunun öz səsi, incəsənəti və mədəni kimliyi vasitəsilə təqdim edilməsidir.
"Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyi layihə direktoru Samirə Novruzovanın sözlərinə görə, festivalın məqsədi Qarabağın zəngin mədəni irsi ilə tanış olmaq, milli və mənəvi dəyərlərin təbliğ etmək və bölgənin mədəni potensialının geniş ictimaiyyətə tanıtmaqdır.
Festival təkcə yerli iştirakçılar arasında deyil, həm də xarici qonaqlar arasında böyük maraq doğurub. Tədbir çərçivəsində Qarabağ sərgisi, canlı musiqi proqramları, ənənəvi sənət nümunələri, milli mətbəx təqdimatları və ustad dərsləri təşkil olunub.
Qeyd edək ki, festival bədii proqram və konsert çıxışları ilə davam edib. Tədbir iştirakçıları Qarabağın müxtəlif rayonlarının mədəni irsi, milli musiqisi və sənətkarlıq ənənələri ilə daha yaxından tanış olmaq imkanı qazanıblar.
Qalereya
Oxşar xəbərlər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
-
ÜST rəhbəri: Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq
-
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
-
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
-
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək













