Küləkli hava sağlamlığa necə təsir edir? - Bunları bilməlisiniz
Far.Az xəbər saytı

Küləkli hava sağlamlığa necə təsir edir? - Bunları bilməlisiniz


Güclü və davamlı külək təkcə gündəlik həyatı deyil, insan sağlamlığını da mənfi təsir altına ala bilər. Mütəxəssislər bildirirlər ki, xüsusilə tozlu və soyuq küləklər bəzi xəstəliklərin şiddətlənməsinə səbəb olur.

Far.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, küləkli havalarda ən çox müşahidə olunan problemlərdən biri baş ağrısı və miqrendir.

Atmosfer təzyiqindəki dəyişikliklər həssas insanlarda halsızlıq və başgicəllənmə yarada bilər.

Bundan əlavə, külək havadakı toz, polen və digər allergenləri yaydığı üçün allergiya və astma xəstələri üçün risk artır. Bu zaman nəfəs darlığı, öskürək və gözlərdə qıcıqlanma halları müşahidə oluna bilər.

Mütəxəssislər qeyd edirlər ki, güclü külək dərinin qurumasına, gözlərdə yanma hissinə və immun sisteminin zəifləməsinə də səbəb ola bilər. Uzun müddət soyuq külək altında qalmaq isə orqanizmin müqavimətini azaldaraq soyuqdəymə riskini artırır.

Həkimlər küləkli havalarda xüsusilə uşaqlara, yaşlılara və xroniki xəstəliyi olan insanlara diqqətli olmağı tövsiyə edirlər. Belə günlərdə açıq havada uzun müddət qalmamaq, qoruyucu eynəkdən istifadə etmək və orqanizmi susuz qoymamaq məsləhət görülür.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda tozlu hava - Təhlükə haradan gəlir?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər